Gürcü qılıncoynadan Sandro Bazadze karyerasında ilk dəfə dünya çempionudur.
Tbilisidə davam edən qılıncoynatma üzrə dünya çempionatında kişilər arasında şpaqa üzrə finalda 31 yaşlı Bazadze fransalı Jan-Filip Patrisi 15:9 hesabı ilə inamlı şəkildə məğlub edib.


Bu, Sandro Bazadzenin dünya çempionatında üçüncü medalı olub. 2022-ci ildə bürünc, 2023-cü ildə isə gümüş medal qazanıb. Gürcü qılıncoynadan həmçinin ikiqat Avropa çempionu və Avropa Oyunlarının qalibidir.
İyulun 22-də Tbilisidə Qılıncoynatma üzrə Dünya Çempionatı başlayıb. Turnirin final blokunun birbaşa reportajlarını Birinci Kanal və Birinci Kanal İdman təqdim edəcək.