Qiqa Avalianinin işindən ayrılmış iş üzrə, qrup halında qəsdən sağlamlığa ağır zərər vurmaya köməklik etmə faktına görə Qiorqi Malania barəsində qətimkan tədbiri olaraq həbs qərarı verilib
Qiqa Avalianinin işindən ayrılmış iş üzrə, qrup halında qəsdən sağlamlığa ağır zərər vurmaya köməklik etmə faktına görə Qiorqi Malania barəsində qətimkan tədbiri olaraq həbs qərarı verilib.
Qərar Tbilisi Şəhər Məhkəməsi tərəfindən verilib.
Məlumat üçün bildirək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Qiorqi Malanianı 1 iyulda saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 25-ci və 117-ci maddəsinin 3-cü hissəsinin “l” yarımbəndi ilə (qrup halında qəsdən sağlamlığa ağır zərər vurmaya köməklik etmək) ittiham irəli sürülüb, bu da cəza növü və ölçüsü olaraq 13 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.