Qida obyektlərindəki ət arasında at və eşşək əti aşkarlandı
Qidanın Qorunmasının Milli Agentliyi at ətinin 10-dan artıq qeyri-qanuni realizasiya hallarını aşkarladı.
Qida obyektəri və ətin realizasiya obyektlərində satılan ət arasında eşşək ətinin realizasiya faktları da aşkarlanıb.
Agentlik tərəfindən qida və ətin realizasiya obyektlərində keçirilən yoxlayış nəticəsində, at və eşşək ətinin 90 nümunəsi aşkarlandı.
Yoxlanış nəticəsində aşkar olundu ki, ətin etiketində mal və yaxud donuz əti yazıldığı halda, içindəki ət eşşək əti imiş.
Aşkarlanan qanunsuzluqlara görə, biznes operatorlar cərimələndilər.
“At və eşşək ətinin satıldığı halda, ət identifikasiya edilməlidir və etiketində nə əti olduğu mütləq yazılmalıdır” – deyilir agentlik tərəfindən yayılan məlumatda.