Qida Məhsullarının Qorunmasının Milli Agentliyi bir türk şirkətinin toyuq ətinin idxalını dayandırdı
Qida Məhsullarının Qorunmasının Milli Agentliyi bir türk şirkətinin toyuq ətinin idxalını dayandırdı

Qida Məhsullarının Qorunmasının Milli Agentliyi bir türk şirkətindən toyuq ətinin idxalını bir il müddəti ilə dayandırdı.

Müvafiq əmr Qida Məhsullarının Qorunmasının Milli Agentliyinin veb səhifəsində yayıldı.

Əmrdə deyilir ki, Türkiyə Respublikasının fabrikası olan – Erpilic Entegre Tavukculuk Uretim Pazarlama Ve Ticaret – dən idxal edilən toyuq ətində bir il ərzində iki dəfə salmonella bakteriyası aşkar olundu və buna görə də həmin fabrikanın məhsullarının Gürcüstanan idxalı dayandırıldı.

Əmr artıq qüvvəyə mindi və onu Tbilisi Şəhər Məhkəməsində şikayət etmək olar.