Qia Volski - Əhali üçün bu qədər ağır yükə çevrilən qiymət artımına nəyin səbəb olduğunu bilmək vacibdir, bu təxribatdır, yoxsa problemin aradan qaldırılması üçün mexanizmlər mövcuddur?
Qia Volski - Əhali üçün bu qədər ağır yükə çevrilən qiymət artımına nəyin səbəb olduğunu bilmək vacibdir, bu təxribatdır, yoxsa problemin aradan qaldırılması üçün mexanizmlər mövcuddur?

Qiymət artımına nəyin səbəb olduğunu bilmək lazımdır, – Parlament sədrinin birinci müavini Qia Volski bildirib.

Onun söylədiyinə görə, bir sıra istiqamətlərdə ictimaiyyət üçün vəziyyəti yüngülləşdirmək üçün müəyyən resurslar və ehtiyatlar mövcuddur.

“Real vəziyyəti ətraflı şəkildə bilmək, malların bazalardan çıxaraq piştaxtalara çatana qədər keçdiyi marşrutu aydın şəkildə müəyyən etmək, eləcə də əhali üçün bu qədər ağır yükə çevrilən qiymət artımının səbəblərini öyrənmək vacibdir. Bu təxribatdır, yoxsa problemin aradan qaldırılması üçün mexanizmlər mövcuddur. Düşünürəm ki, Baş nazirin elan etdiyi məsələnin öyrənilməsinə başlanması, bir sıra istiqamətlərdə cəmiyyətin üzərindəki ağır yükü aradan qaldırmaq üçün müəyyən resursların və ehtiyatların mövcud olduğunu göstərir”, – deyə Qia Volski bildirib.