Qəzza zolağının Xan Yunis şəhərində İsrailin hava hücumları nəticəsində 54 nəfər həlak olub
Qəzza zolağının Xan Yunis şəhərində İsrailin hava hücumları nəticəsində 54 nəfər həlak olub

Qəzza zolağının Xan Yunis şəhərində İsrailin hava zərbələri nəticəsində 54 nəfər həlak olub.

Bu barədə “Associated Press” məlumat yayır, məlumata əsasən ötən gecə şəhərə on hava zərbəsi həyata keçirilib.

Partlayış nəticəsində bir ailənin 12 üzvü, o cümlədən Qətərin televiziya şəbəkəsi “Al Arabi TV”də işləyən jurnalist həlak olub.

Artıq ikinci gündür ki, Qəzza zolağının müxtəlif əraziləri intensiv şəkildə bombalanır. “Associated Press”in məlumatına görə, 14 may gecəsi ərəb anklavının cənubunda və şimalında həyata keçirilən partlayışlar nəticəsində 20-yə yaxın uşaq olmaqla azı 70 nəfər həlak olub.

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı bildirib ki, İsrailin Qəzza sektorunu ələ keçirmək və yüz minlərlə insanı zorla köçürmək planı “məhv olmağa getdikcə daha çox yaxınlaşır”.