Qəzza zolağı məsələsi ilə əlaqədar İsrail səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılır
İsrailin səfiri Stokholmda İsveç Xarici İşlər Nazirliyinə çağırılır. Səbəb Qəzza əhalisi üçün humanitar yardımın olmamasıdır.
Müvafiq bəyanatı İsveçin baş naziri Ulf Kristersson verib.
Onun sözlərinə görə, Avropa İttifaqı İsrailə qarşı sanksiyalar tətbiq etməlidir ki, İsrail hökuməti humanitar yardımın Qəzzaya daxil olmasına icazə versin.
“Bizim bu məsələ ilə bağlı həm fərdi şəkildə, həm də bir çox digər Avropa ölkələri ilə birlikdə son dərəcə aydın mövqeyimiz var Təzyiqlər artır”, – İsveçin baş naziri bəyan edib.