Qəzza sektorunda, 2023-cü ilin oktyabrın 7-dən bu günədək anklavda həlak olanların arasında 14500-dən çox uşaq və 9500 qadının olduğunu bildirirlər
Qəzza sektorunda, 2023-cü ilin oktyabrın 7-dən bu günədək anklavda həlak olanların arasında 14500-dən çox uşaq və 9500 qadının olduğunu bildirirlər

 
İsrailin Qəzza sektorunda son sutka ərzində keçirdiyi əməliyyatda 47 nəfər həyatını itirib, 61 nəfər isə yaralanıb.

Bu haqda Qəzza sektorunun Səhiyyə Xidməti məlumat yayır.

Qurumdan bildirilib ki, 2023-cü ilin oktyabrın 7-də İsrailin hərbi müdaxiləsindən sonra ərəb anklavında 34 535 nəfər həlak olub, 77 704 nəfər isə xəsarət alıb.

8000 nəfər hələ də itkin düşmüş hesab olunur.

Qəzza sektorunda həlak olanların arasında 14500-dən çox uşaq və 9500 qadının olduğunu bildirirlər.

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, sülh danışıqlarına baxmayaraq, Qəzza sektorunun Rafah şəhərində quru əməliyyatı yenə də aparılacaq.

“Bütün məqsədlərə nail olana qədər müharibəni dayandıracağımız ideyası seçim deyil. Razılıq olub-olmamasından asılı olmayaraq, tam qələbə qazanmaq üçün Rafaha daxil olaraq “HƏMAS”ın batalyonlarını məhv edəcəyik” – deyə Benyamin Netanyahu deyib.