Qeyri-standart naringi məhsulunun satışını təşviq etmək məqsədi ilə Gürcüstan hökuməti Acara Muxtar Respublikasına 2.600.000 lari ayıracaq
Qeyri-standart naringi məhsulunun satışını təşviq etmək məqsədi ilə Gürcüstan hökuməti Acara Muxtar Respublikasına 2.600.000 lari ayıracaq

Qeyri-standart naringi məhsullarının satışını təşviq etmək məqsədi ilə Gürcüstan hökumətinin Ehtiyat Fondundan Acara Muxtar Respublikasına 2 milyon 600 min lari ayrılacaq, – bu barədə Gürcüstan hökumətinin qərarında qeyd edilib.

Sərəncama əsasən, Acara Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən və sitrus mövsümündə fiziki şəxslərdən 1 kiloqram qeyri-standart naringini 0,40 laridən az olmayan qiymətə alan sitrus meyvələrinin emalı şirkətlərinə subsidiya üçün 0,35 lari nəzərdə tutulub.

Sərəncama əsasən, bu məqsədlə Maliyyə Nazirliyi hökumətin ehtiyat fondundan Acara Muxtar Respublikasına 2.600.000 lari ayıracaq.

Sərəncamı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayır.

Məlumatı Gürcüstan hökumətinin administrasiyası yayır.