Qətərdə helikopterin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub
Qətərdə helikopterin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub

Qətərdə helikopterin qəzaya uğraması nəticəsində altı nəfər həlak olub, – Qətər Daxili İşlər Nazirliyi məlumat yayır. Helikopter Qətərin ərazi sularında qəzaya uğrayıb.

Medianın məlumatına görə, həlak olanlardan altısının cəsədi artıq tapılıb və hazırda helikopterdə olan yeddinci şəxsin axtarış işləri aparılır, onun vəziyyəti naməlumdur.

Qətər Müdafiə Nazirliyi bildirib ki, helikopter “rutin xidmət vəzifəsini” yerinə yetirərkən texniki nasazlıq yaranıb.