Qərbli liderlər Putini dördüncü dəfə prezident seçilməsini bu vaxta qədər təbrik etməyiblər
Qərbli liderlər Putini dördüncü dəfə prezident seçilməsini bu vaxta qədər təbrik etməyiblər

Qərbli liderlər Putini, dördüncü müddətlə prezident seçilməsini bu vaxta qədər təbrik etməyiblər.

Putin bir neçə ölkənin liderindən təbrik aldı. Azərbaycan prezidenti İlham Əliyev Vladimir Putini, Rusiya prezident seçkilərində qələbəsini təbrik etdi.

“Hörmətli Vladimir Vladimiroviç.

Rusiya Federasiyasının prezidenti seçkilərində inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu qələbə Sizin yüksək siyasi nüfuzunuzun olduğunu və ölkədə sabitliyin, qanunçuluğun və hüquq qaydalarının təmin edilməsinə, irimiqyaslı islahatların həyata keçirilməsinə, xalqın rifahının yüksəlməsinə kömək edən uzunmüddətli sosial proqramların reallaşmasına yönəldilmiş kursunuzun fəal dəstəkləndiyini təsdiq edir”, – Azərbaycan prezidentinin rəsmi veb səhifəsində yayılan məktubda deyilir.

Vladimir Putinin qələbəsini Belarus prezidenti, Aleksandr Lukaşenko da təbrik edir. Belarus lideri əmindir ki, “iki ölkə arasında strateji partnyorluq davam edəcək”.

Bununla yanaşı, Lukaşenko ümid edir ki, Vladimir Putin Belarusa gedəcək.

“Güclü Rusiya yalnız ruslara lazım deyil, bu bütün dünya üçün sabitliyin və ənənəvi dəyərlərin zamənətidir”, – Moldova prezidenti, İqor Dodonun təbrik məktubunda deyilir.

Rusiya prezidentini həmçinin Çin Xalq Respublikasının sədri Si Dzinpin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Boliviya prezidenti Evo Morales, Venesuella prezidenti Nikolas Maduro, Kuba lideri Raul Kastro, Misir prezidenti Abdel Fatah Al-Sisi təbrik etdilər.

Az öncə, Ermənistan prezidenti, Serj Sarkisyanın təbriki də yayıldı.

Rusiya prezident seçkilərində 99%-nin hesablanmasından sonra, Vladimir Putin 76,65% ilə liderlik edir. Bu barədə məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası yayır.