"Georgian Airways" Tbilisidən iki yeni istiqamətə, Roma və Forliyə birbaşa uçuşlar həyata keçirəcək
“Georgian Airways” aviaşirkəti aprel ayında Tbilisidən iki yeni avropa istiqamətlərinə, Roma və Forliyə birbaşa uçuşlar həyata keçirəcək. Bu barədə “Georgian Airways” məlumat yayır.
Aviaşirkətdən verilən məlumata əsasən, aprelin 24-dən etibarən Forliyə birbaşa uçuşlar həftədə bir dəfə cümə axşamı, Roma Fiumicino hava limanına isə aprelin 26-dan başlayaraq həftədə iki dəfə çərşənbə və şənbə günləri həyata keçiriləcək.
İtaliyaya gündəlik uçuşlar həftədə üç dəfə Milana, həftədə iki dəfə Romaya və həftədə bir dəfə Forliyə həyata keçiriləcək.
Forli, ziyarətçilərə Avropa standartlarına uyğun tibbi müayinələr, reabilitasiya, sağlamlığı yaxşılaşdıran prosedurları və termal spa mərkəzləri təklif edən İtaliyanın tibbi kurortudur. Həmçinin, yay naviqasiya mövsümündə dördüncü tezliklər Paris və Nitsa istiqamətlərinə əlavə olunacaq.
““Georgian Airways” yay naviqasiya mövsümündə Avropanın digər istiqamətlərinə, o cümlədən Vyana, Amsterdam, Berlin və Larnakaya birbaşa uçuşları davam etdirəcək”.
Qeyd edək ki, “Georgian Airways” Avropa istiqamətinə birbaşa uçuşları gündüz saatlarında həyata keçirir, bu da sərnişinlər üçün xüsusilə rahatdır. Standart aviabilet tarifinə yoxlanılan baqaj da daxildir. Birbaşa uçuşlar “Boeing 737-700”, “Boeing 737-800” və “Boeing 767” tipli təyyarələrlə həyata keçiriləcək”, – şirkət tərəfindən yayılan məlumatda deyilib.