"Georgian Airways" - 14 və 15 iyun tarixlərində Tbilisi–Tel-Əviv–Tbilisi istiqamətindəki reyslər ləğv edilib, sərnişinlərə biletlərini dəyişdirmək və ya pulun geri qaytarılması imkanı veriləcək
"Georgian Airways" - 14 və 15 iyun tarixlərində Tbilisi–Tel-Əviv–Tbilisi istiqamətindəki reyslər ləğv edilib, sərnişinlərə biletlərini dəyişdirmək və ya pulun geri qaytarılması imkanı veriləcək

“Georgian Airways” aviaşirkəti Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar sərnişinlərə müraciət edir.

Bəyanatda deyilib ki, iyunun 14-də və 15-də Tbilisi-Təl-Əviv-Tbilisi istiqamətində reyslər ləğv edilib.

“Georgian Airways” bildirir ki, sözügedən reyslər üzrə bilet alan sərnişinlər onu dəyişmək və ya pulunu geri almaq imkanı əldə edəcəklər.

“Bildirmək istəyirik ki, 14 və 15 iyun tarixlərində Tbilisi–Tel-Əviv–Tbilisi istiqamətində planlaşdırılan reyslər Yaxın Şərqdə yaranmış vəziyyət səbəbindən ləğv edilib. Qeyd olunan reyslərə artıq bilet almış sərnişinlərə bileti dəyişdirmək və ya pulun geri qaytarılması imkanı təklif olunur. Bilet alındığı yerdə dəyişdirilə və ya geri qaytarıla bilər”, – “Georgian Airways”in yaydığı məlumatda deyilib.