Gənclərin Azərbaycan-Gürcü Sosial-Mədəni Platforması yaradıldı

Gürcüstanda bir neçə təşkilatın dəstəyi ilə “Gənclərin Azərbaycan-Gürcü Sosial-Mədəni Platforması” yaradılıb. 30 mart 14:00 da Tbilisidə Gürcüstan Parlament Milli Kitabxanasının sərgi salonunda Rizvan İsmailov və İvane Kezuanın “Palitra İnteqrasiya 2019” adlı rəsm sərgisi keçirildı. Tədbir “Gənclərin AZərbaycan-Gürcü Sosial-Mədəni Platforması” çərçivəsində həyata keçiririldi. Sərgidə Gənclər Platforması haqqında ictimaiətə geniş məlumat verildi, eyni zamanda Gürcü və Azərbaycan musiqiləri canlı olaraq səsləndirildi. Lahihənin təsisçiləri və təşkilatçılarından olan, “İnkişaf və Təhsil Mərkəzi”-nin rəhbəri Emin Əhmədov gənclər platformasının mədəniyyətə və incəsənətə meylin artmasına xidmət edəcəyini bildirib. Eyni zamanda platforma 2019-2021 ci illər ərzində müxtəlif mədəni tədbirlər, sərgilər, görüşlər həyahat keçirməni planladığını vurğulayıb. Lahihənin təsisçiləri və təşkilatçıları: “ İnkişaf və Təhsil mərkəzi” “Gürcüstan Mədəniyyət Akademiyası” “Gürcüstan yazıçılar birliyi” “Bizim Borjomi üçün” “Studia ADC” “Uşaq, ailə, ictimaiət” “Art Tovn”- Gənc incəsənət adamları birliyidir. Tədbirdə dövlət nümayəndələri, deputatlar, Azərbaycanın ölkəmizdəki səfirliyinin əməkdaşları, incəsənət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər. Rəsm sərgisi iştirak edən hər bir şəxsin maraqına səbəb olub.