Publik hüquqi şəxs olan Gənclər Agentliyinin rəhbəri vəzifəsinə Aleksandre Kacaia təyin edilib

21:28, 02.07.2026

Publik Hüquqi Şəxs olan Gənclər Agentliyinin yeni rəhbəri  var. Bu barədə Təhsil Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, Gənclər Agentliyinin rəhbəri vəzifəsinə Aleksandre Kacaia təyin edilib.

“Gürcüstanın təhsil, elm və gənclər naziri Qivi Mikanadze yeni rəhbəri idarənin əməkdaşlarına təqdim edib. Nazir Aleksandre Kacianı vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Aleksandre Kacaia yeni vəzifəyə təyin olunmazdan əvvəl müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışıb. O, həmçinin Gürcüstan Parlamentində “Gürcü Arzusu” fraksiyasının nümayəndəsi olub“, – bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda deyilib.

Oxşar