Qeneral-leytenant Vladimir Alekseyevin qətl cəhdində şübhəli bilinən şəxs Dubayda saxlanılıb
Qeneral-leytenant Vladimir Alekseyevin qətl cəhdində şübhəli bilinən şəxs Dubayda saxlanılıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətində bildirirlər.
Rusiya İstintaq Komitəsinin bəyanatında qeyd olunur ki, hücum edən şəxs Dubayda saxlanılıb, bir iştirakçı isə Moskvada, digəri isə onların dediyinə görə hazırda Ukraynadadır.
“Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşların köməyi ilə cinayətin birbaşa icraçısı olan Rusiya vətəndaşı Lyubomir Korba Dubayda həbs olunaraq Rusiya tərəfinə təhvil verilib”, – Rusiya İstintaq Komitəsinin bəyanatında qeyd olunub.
Bəyanatda deyilib ki, Korba Ukrayna kəşfiyyat xidmətlərinin təlimatları ilə hərəkət edirdi və 2025-ci ilin dekabrında terror aktı törətmək üçün Moskvaya gəlib və cinayəti törətdikdən bir neçə saat sonra ölkəni tərk edib.
Moskovoretski məhkəməsi Korba barəsində həbs-qətimkan tədbiri seçib. O, hüquq-mühafizə orqanının əməkdaşına qarşı sui-qəsd cəhdində ittiham olunur.
Dmitri Peskovun dediyinə görə, Vladimir Putin vəziyyətlə bağlı daim məlumat alır. Qeneral-leytenant Vladimir Alekseyevə hücum fevralın 6-da Moskvada törədilib.
Naməlum şəxs evinin yaxınlığında yüksək rütbəli hərbi şəxsə bir neçə dəfə atəş açıb. Vladimir Alekseev Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin birinci müavinidir.