Gələn aydan yanğın söndürənlərin maaşları artacaq
Gələn aydan yanğın söndürənlərin maaşları artacaq

Cari ilin iyul ayından yanğın söndürənlərin maaşı artacaq, – bu barədə bəyanatı baş nazir namizədi Mamuka Baxtadze parlament əksəriyyətinin iclasında çıxış edərkən verdi.

“Bu 24 saat ərzində vəzifədə olması gərəkən insan qrupudur, hansı ki, ölkə üçün vacib fəaliyyət görür və onların maaşları mütləq artacaq” – dedi Mamuka Baxtadze.

Parlament əksəriyyətinin iclasından sonra, Mamuka Baxtadze  “Gürcüstanın prioritetləri” adlı iclasda çıxış etdi.