Qeka Qeladze Dövlət Təhlükəsizlik Akademiyasının yeni rektorunu təqdim edib
Dövlət Təhlükəsizlik Akademiyasının rektoru vəzifəsinə Sopio Abulaşvili təyin edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qeka Qeladze və rəisin birinci müavini Laşa Mağradze yeni rektoru işgüzar görüşdə əməkdaşlara təqdim ediblər.
Qeka Qeladze Sopio Abulaşvilini vəzifəyə təyin olunması münasibətilə təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi görüşdə bildirib ki, Sopio Abulaşvilinin müxtəlif dövlət qurumlarında çoxillik iş təcrübəsi var, o cümlədən, Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik və Polis Akademiyasının rektoru vəzifəsini tutub ki, bu da təhsil müəssisəsinin institusional inkişafına və gücləndirilməsinə daha çox töhfə verəcəkdir.
Yeni təyin olunmuş rektor Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərinə göstərdiyi etimada görə təşəkkürünü bildirib və nəticəyönümlü fəaliyyətə hazır olduğunu ifadə edib.
Dövlət Təhlükəsizlik Akademiyasının rektoru vəzifəsində Sopio Abulaşvili Malxaz Çitaianı əvəz edib. Qeka Qeladze ona göstərdiyi xidmətə görə təşəkkür edib və uğurlar arzulayıb.