Qeka Qeladze - 4 oktyabrda hüquq qaydasının yüksək standartlarla qorunmasına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirik, ölkənin sabitliyini sarsıtmağa çalışan şəxslərə qarşı ən sərt tədbirlər görüləcək
Qeka Qeladze - 4 oktyabrda hüquq qaydasının yüksək standartlarla qorunmasına görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edirik, ölkənin sabitliyini sarsıtmağa çalışan şəxslərə qarşı ən sərt tədbirlər görüləcək

Dövlətə qarşı çıxan və ya hüquq‑mühafizə orqanlarının əməkdaşına əl qaldıran hər kəs qanunun bütün sərtliyi ilə cavab verəcək, – bu barədə Daxili İşlər Naziri Qeka Qeladze nazirlikdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının peşəkarlığı sayəsində vətəndaşların təhlükəsizliyi təmin edilib.

“Fürsətdən istifadə edərək, 4 oktyabr tarixində baş vermiş hadisələr zamanı ictimai təhlükəsizlik və hüquq qaydasının yüksək standartlarla, peşəkarlıqla qorunmasına görə hüquq-mühafizə orqanlarına təşəkkürümü bildirirəm.

Daxili İşlər Nazirliyinin polis bölmələrinin hər bir nümayəndəsinin ən yüksək səviyyədə, qanun çərçivəsində fəaliyyət göstərdiyini hər kəs açıq şəkildə gördü. Bu, dəqiq və düzgün aparılmış polis əməliyyatı idi, nəticədə dövlət çevrilişi cəhdinin qarşısı alındı.

Polis əməkdaşlarımızın təhlükəsizliyi və Dövlət Mühafizə Xidmətinin işçilərinin əlaqələndirilmiş fəaliyyəti bir daha sübut etdi ki, Gürcüstanın hüquq-mühafizə sistemi güclü və mütəşəkkildir. Məhz hüquq-mühafizə orqanlarımızın böyük peşəkarlığı sayəsində vətəndaşların təhlükəsizliyi və ölkənin sabitliyi təmin olundu.

Ölkəmizin sabitliyini və qanunun aliliyini sarsıtmağa cəhd edən hər kəsə ən sərt tədbirlər görüləcək. Dövlətə qarşı çıxan və ya hüquq-mühafizə orqanlarının əməkdaşına əl qaldıran hər kəs qanunun bütün sərtliyi ilə cavab verəcək”, – Qeladze bildirib.

Məlumat üçün bildirək ki, daxili işlər naziri Qeka Qeladze nazirlikdə brifinq keçirdi və qeyd etdi ki, oktyabrın 4-də baş vermiş hadisələrlə bağlı daha 16 nəfər saxlanıldı, ümumilikdə isə 62 nəfər saxlanıldı.