“Gazprom” Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandırır

22:59, 17.10.2022

“Gazprom” Ermənistana təbii qaz tədarükünü müvəqqəti dayandırır. Buna səbəb kimi şirkətdə planlı təmir və profilaktik işlərin aparılması göstərilir. Müvafiq məlumatı erməni mətbuatı “Gazprom Armenia”nın mətbuat xidmətinə istinadən yayır.

“Oktyabrın 18-19-da “Şimali Qafqaz-Cənubi Qafqaz” magistral qaz kəmərində aparılan planlı texniki-profilaktika və profilaktik işlərlə əlaqədar Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq” – deyə şirkətin bəyanatında deyilir.

Onlar tərəfindən verilən məlumatda bildirilir ki, qeyd olunan müddət ərzində Ermənistan Respublikasının istehlakçılarının qaz təchizatı daxili ehtiyatlardan məhdudiyyətsiz həyata keçiriləcək.

Oxşar