“Ğazbeqi” gömrük-keçid məntəqəsi fəaliyyətini bərpa edib
“Ğazbeqi” gömrük-keçid məntəqəsi fəaliyyətini bərpa edib

“Ğazbeqi” gömrük-keçid məntəqəsi adi rejimdə fəaliyyətini davam etdirir.

Bu barədə Gəlirlər Xidmətinin bəyanatında deyilib.

“Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bildirir ki, “Kazbeqi” gömrük-keçid məntəqəsi vasitəsilə beynəlxalq daşımalar həyata keçirən şirkətlər tərəfindən malların idxal və ixracı, həmçinin bu gömrük-keçid məntəqəsindən istifadə edərək dövlət sərhədini keçən fiziki şəxslərə qarşı gömrük nəzarəti prosedurları maneəsiz və tam həcmdə davam etdirilir”, – deyə bəyanatda qeyd olunub.

Məlumat üçün bildirək ki, dünən, 31 iyul tarixində həyəcan siqnalizasiya sisteminin aktivləşməsi səbəbindən gömrük-keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırdı. Təhlükəsizliyin təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə aparılan iş nəticəsində “Ğazbeqi” gömrük-keçid məntəqəsinin əməkdaşları və sərnişinləri mühafizə olunan/təhlükəsiz əraziyə köçürülüb.