Qazaxstan prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa etdi

17:30, 19.03.2019

Qazaxstan prezidenti Nursultan Nazarbayev vəzifəsindən istefa etdi.

Bu barədə Nazarbayev biraz öncə televiziyanın birbaşa yayımında xüsusi bəyanat verdi.

“Prezident səlahiyyətlərindən azad olmaq qərarını verdim” – dedi Nazarbayev.

Xatırladaq ki, Nursultan Nazarbayev Qazaxstan prezidenti vəzifəsini 1990-cı ildən tuturdu.

2015-ci ildə o prezident vəzifəsinə beşinci dəfə seçildi.

Oxşar