Qazaxıstanda sərnişin avtobusunda əmələ gələn yanğın nəticəsində 52 insan həlak oldu
Qazaxıstanda sərnişin avtobusunda yanğın əmələ gəldi. Baş verənlər nəticəsində 52 insan həlak oldu. Bu barədə məlumatı “İnterfaks” agentliyi, Qazaxıstan Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi, Ruslan İmankulova istinad edərək yayır.
Qazax mətbuatının yazdığına görə, “İkarus” markalı avtubusun alovlanması Samara-Şimkentin birləşdirici avtomaqistralında baş verdi.
İnsident zamanı avtobusda 55 sərnişin və 2 sürücü var idi. 5 nəfər xəsarət aldı. Həlak olanlar və xəsarət alanlar Özbəkistan vətəndaşlarıdırlar.