Qasırğa səbəbindən Barselonada avtomobil yollarını su basıb, qatarların hərəkəti və aviareislər məhdudlaşıb
Barselonada “Dana” qasırğası səbəbindən avtomobil yollarını su basıb, qatarların hərəkəti və aviareislər məhdudlaşdı.
Yerli medianın yazdığına görə, Barselona hava limanına daxil olan reyslər ləğv ediləcək və ya istiqamət dəyişdiriləcək.
Bununla yanaşı, intensiv yağıntının olmasına görə, bölgədəki sakinlərə yüksək təhlükə ilə bağlı xəbərdarlıq göndərilib.
Eyni zamanda ölkənin cənub-qərb bölgəsində, Valensiyada daşqının nəticələrinin aradan qaldırılması üçün işləyirlər. Təbii fəlakət nəticəsində Valensiyada 200-dən çox insan həlak olub.