Qasırğa İtaliyada daşqın və sürüşməyə səbəb olub, bölgələrdən əhali təxliyyə edilir

13:38, 19.09.2024

 
“Boris” qasırğası İtaliyada daşqın və sürüşməyə səbəb olub, bölgələrdən əhali təxliyyə edilir. Bu haqda məlumatı “Guardian” yayır.

İtaliyanın şimalında yerləşən Emilia-Romania bölgəsində əhalinin təxliyyəsi davam edir. Növbəti 24-36 saat ərzində Emilia-Romania və Marke bölgələri üçün qasırğa xəbərdarlığı edilib.

Yerli media, bu gün bölgədəki bütün məktəblərin bağlandığını xəbər verir. Sakinlərə səyahətdən çəkinmələri və mümkünsə evdən işləmələri tövsiyə olunur.

Kastel Boloniezenin meri vəziyyətin “ən pis proqnozları əhəmiyyətli dərəcədə üstələdiyini” bildirib və rayon sakinlərini evlərinin yuxarı mərtəbələrinə çıxmağa çağırıb. Sürüşmələr ilə əlaqədar bölgələrdə yollar da bağlanıb.

Məlumat üçün bildirək ki, Avropanın mərkəzi və şərq hissəsində daşqınlar nəticəsində 23 nəfər həlak olub. “Boris” qasırğası nəticəsində Çexiya, Avstriya, Polşa və Rumıniyada daşqınlar qeydə alınır. Rumıniyada 7, Polşada 7, Avstriyada 5, Çexiyada isə 4 nəfər həlak olub.

Oxşar