Qardabanidə qətl hadisəsi baş verib
Qardabanidə qətl hadisəsi baş verib

Qardabanidə qətl hadisəsi baş verib. Əldə olunan məlumata əsasən, kişi arvadını soyuq silahla qətlə yetirib.

Daxili İşlər Nazirliyində bildirdiklərinə görə, hadisə ilə bağlı ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi ilə istintaq aparılır.

Qurumun məlumatına əsasən, kişi polisə təslim olub və etiraf ifadəsi verib.

Daxili İşlər Nazirliyində bildirdiklərinə görə, hadisə ilə bağlı istintaq hərəkətləri davam etdirilir.