Qaracalar kəndində, ilk müsəlman qadın deputatı Pəri Xanımın memorialı açıldı

16:53, 06.06.2018

Qardabani rayonunun Qaracalar kəndində, Gürcüstanın İlk Demokratik Respublikasının seçdiyi, dünyanın ilk müsəlman qadın deputatının memorialı açıldı.

Pəri Xanım Sofiyeva milliyətcə azərbaycanlı idi. 100 il bundan öncə, 1918-ci ildə, bir çox qadının səs haqqı olmayan zamanlarda, Pəri Xanım yerli özünü idarəetmə orqanının üzvü idi, sonra isə, deputat oldu.

Memorialın açılışında bugün Kvemo-Kartlinin qubernatoru və reinteqrasiya məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili iştirak edirdilər.

Memorialın açılışından sonra, onlar Qaracalar məktəbində təşkil edilən tədbirdə iştirak etdilər.

Oxşar