Qara dənizdə iki tankerin batması nəticəsində neft məhsullarının tökülməsinə görə, Rusiyanın Krasnodar bölgəsində fövqəladə vəziyyət elan edilib
Qara dənizdə iki tankerin batması nəticəsində neft məhsullarının tökülməsinə görə, Rusiyanın Krasnodar bölgəsində fövqəladə vəziyyət elan edilib.
Bu barədə Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratiyev “Telegram” kanalında yazır.
Neft məhsullarının dənizə axmasına görə, daha əvvəl Anapa və Temryuksk bölgələrində bələdiyyə səviyyəsində fövqəladə vəziyyət tətbiq edilmişdi.
“Təəssüf ki, Anapa və Temryuksk bölgələrinin sahillərinə neft məhsullarının çıxması dayanmır. Əvvəlcə alimlər və mütəxəssislərin hesablamalarına görə, mazutun əsas kütləsi Qara dənizin dibində qalmalı idi ki, bu da onu suda yığmağa imkan verəcəkdi. Lakin, hava öz şərtlərini diktə edir, hava isinir və neft məhsulları səthə qalxır. Nəticədə neft məhsullarının sahillərimizə axını baş verir”, – qubernator qeyd edir.
Məlumat üçün bildirək ki, neft məhsulları ilə yüklənmiş Rusiyanın iki tankeri dekabrın 15-də Rusiyanın ilhaq etdiyi Krım sahili yaxınlığında batıb.