Qara Dənizdə dörd ballıq fırtınadır, dınizə girmək qadağandır
Qara Dənizdə dörd ballıq fırtınadır, dınizə girmək qadağandır

Fövqəladə Hallar İdarəsi Xidməti vətəndaşlara Qara Dənizdə fırtına barəsində xəbərdarlıq verir.

İdarənin məlumatına görə, dalğaların hündürlüyü üç metrə çatır. Qara Dənizə girmək qadağan olunub. Dəniz sahilində bütün xilasedici qüllələrdə qırmızı bayraq ucaldılıb. Qadağa sentyabrın 16-ı saat 10:00-ə qədər qüvvədədir.

Dənizə girmək ağ bayrağın ucaldılmasından sonra mümkün olacaq.

Fövqəladə Hallar İdarəsi Xidməti vətəndaşları nişanlara diqqət yetriməyə və xilasedicilərin zəmanətlərinə tabe olmağa çağırır.