Qar uçqunu təhlükəsi, güclü qar yağması və pis görünüş məsafəsi səbəbindən magistral yolların müəyyən hissələrində məhdudiyyətlər qüvvədədir
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir, buna görə də qeyd olunan hissədə bütün növ yol hərəkəti müvəqqəti qadağandır. Bu barədə Avtompobil Yolları Departamenti məlumat yayır.
Digər istiqamətlərə gəlincə, Avtompobil Yolları Departamentinin məlumatına görə, qar uçqunu təhlükəsi, güclü qar yağması və pis görünüş məsafəsi və çovğun səbəbindən Betania kilsəsinə gedən yolda, Mtsxeta-Şiomğvime Monastırı avtomobil yolunun 6-cı km-də, Amlevi-Orbeti avtomobil yolunda, Niçbisi-Didqori-Didi Toneti avtomobil yolunda, Paravani dağ keçidində, Batumi-Axaltsixe avtomobil yolunun Qoderdzi-Utğisubani kurortunun hissəsində və Mele-Lasdili hissəsində bütün növ yol hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Bununal yanaşı, Avtompobil Yolları Departamentinin məlumatına görə, intensiv təmizləmə işləri nəticəsində Vaziani-Qombori-Telavi avtomobil yolunun Verona-Telavi hissəsində yolsuzluq avtonəqliyyatın hərəkəti bərpa olunub, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə qadağandır.
“Güclü qar yağması və mürrəkkəb meteoroloji şərait səbəbindən Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 110 km 146-cı km hissəsində, Axaltsixe-Ninotsminda və Axalkalaki-Kartsaxi yollarında, Saçxere-Oni yolunda, Nakerala dağ keçidində və Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun Cvari-Uşquli hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Avtomobil yollarının qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir”, – məlumatda qeyd edilib.