Qanunvericilik dəyişiklikləri ilə, “ixtisaslaşmış yayımçılar” xarici maliyyə ala biləcəklər və onlar üçün mövcud məhdudiyyət götürüləcək
“İxtisaslaşdırılmış yayımçılar” xarici maliyyə əldə ala biləcəklər və onlar üçün mövcud məhdudiyyət götürüləcək. “Müvafiq dəyişikliklər bu gün parlamentin bürosunun iclasına təqdim edilən “Yayım haqqında” qanunda yer alıb.
Qanun layihəsində qeyd olunur ki, yayımçının xarici qüvvədən birbaşa və ya dolayı yolla maliyyələşmə əldə etməsinə qoyulan məhdudiyyət əsasən tək bir mövzuya aid proqramlar (idman, idrak, təhsil, əyləncə) yayımlayan ixtisaslaşmış yayımçılar üçün götürüləcək. Efirində xəbərlər və ictimai-siyasi mövzular yer alan yayımçılar üçün xarici maliyyələşmənin əldə edilməsi yenə də qadağan ediləcək.
Qanun layihəsinə əsasən, yayımçının qadağan olunmuş maliyyələşməni qəbul etməsi halında, Kommunikasiya üzrə tənzimləyici komissiya qanunla nəzərdə tutulan məsuliyyətin tətbiqi ilə yanaşı, yayımçını əldə edilmiş maliyyələşmənin dövlət büdcəsinə köçürülməsinə məcbur etmək səlahiyyətinə malik olacaq.
Həmçinin, müəyyən edilir ki, komissiyanın qərarı müəyyən olunmuş müddətdə icra edilmədiyi təqdirdə, icranı Milli İcra Bürosu təmin edəcək.