Qanun layihəsinə əsasən, Gürcüstan vətəndaşlığı ilə bağlı müvəqqəti səlahiyyət müddəti 2024-cü ilin dekabrın 31-dən 2027-ci ilin yanvarın 1-dək uzadılacaq
Qanun layihəsinə əsasən, Gürcüstan vətəndaşlığı ilə bağlı müvəqqəti səlahiyyət müddəti 2024-cü ilin dekabrın 31-dən 2027-ci ilin yanvarın 1-dək uzadılacaq

Gürcüstan vətəndaşlığı ilə bağlı müvəqqəti səlahiyyət müddəti 2024-cü ilin dekabrın 31-dən 2027-ci ilin yanvarın 1-dək uzadılacaq. Müvafiq dəyişikliklər Büronun bu günkü iclasında təşəbbüsü irəli sürülən “Gürcüstan vətəndaşlığı haqqında” qanuna daxil edilib.

Qanun layihəsində qeyd olunub ki, başqa ölkənin vətəndaşlığını əldə etdiyinə görə Gürcüstan vətəndaşlığını itirmiş keçmiş Gürcüstan vətəndaşlarının, həmçinin, 2018-ci ilin avqustun 15-dək başqa ölkənin vətəndaşlığını əldə etdiyinə görə Gürcüstan vətəndaşlığını itirmək barədə qərar qəbul edilməmiş vətəndaşların, Gürcüstan vətəndaşlığının bərpası və ya qorunub saxlanması tələbilə müraciət etmək üçün müvəqqəti səlahiyyət müddəti 2024-cü ilin dekabrın 31-dən 2027-ci ilin yanvarın 1-dək uzadılacaq.