Futbol üzrə dünya çempionatının seçmə mərhələsi | Gürcüstan və İspaniya yığmaları arasında qarşılaşma Birinci Kanalda #1TVSPORT
Noyabrın 15-də Gürcüstan milli futbol komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində İspaniyaya ev sahibliyi edəcək– görüş “Dinamo Arena”da saat 21:00-da başlayacaq, birbaşa reportajı Gürcüstanın Birinci Kanalı təqdim edəcək.
Qabriel Siqua və Nika Qaqnidze zədə səbəbindən yaxınlaşan oyunlarda “xaçlılara”a kömək edə bilməyəcəklər, Qiorqi Koçoraşvili isə diskvalifikasiya səbəbindən matçı buraxacaq.
Gürcüstan və İspaniya yığmaları bir-birinə qarşı indiyədək doqquz dəfə oynayıblar və onlardan birini — 2016-cı ildə keçirilmiş (yoldaşlıq) görüşünü — Gürcüstan millisi 1:0 hesabı ilə qazanıb.
Cari seçmə mərhələsində İspaniya yığması Gürcüstana Elçedə ev sahiliyi etdi və 2:0 hesabı ilə qalib gəldi.
Məşqçilərin şərhləri:
Vili Sanioli– “Komandada çox yaxşı ab-hava var — sentyabr və oktyabr aylarından daha yaxşı.Futbolçularla gələcəklə bağlı çox danışdıq, son bir ildə göstərilən nəticələrin qənaətbəxş olmadığını vurğuladım, bütün bunları necə yaxşılaşdıra biləcəyimizi müzakirə etdik.
İspaniya dünyanın ən yaxşı komandasına sahibdir. Son illərdə onlarla dəfələrlə qarşılaşdıq. İspaniyada keçirilən son matçda əsas problem kifayət qədər mübarizə aparmamağımızdı, ümid edirəm ki, bu dəfə daha yaxşı oynayacağıq.
Biz kiçik komandayıq və bir neçə futbolçu zədələnəndə onları əvəz etmək çətin olur. Komandada yeni simaların meydana çıxması vacibdir. İspaniya və Bolqarıstanla keçiriləcək oyunlar yeni bir şeyin başlanğıcı olmalıdır”.

Luis de la Fuente: “Bizi kifayət qədər çətin oyun gözləyir, Gürcüstan millisinin heyətində Avropanın ən yaxşı çempionatlarında çıxış edən yüksək səviyyəli oyunçular var. Bizim üçün əsas odur ki, istədiyimiz səviyyədə oynayaq və bu vacib matçda qalib gələk. Çünki biz bu qələbənin bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini çox yaxşı başa düşürük”.
Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Hazırki mərhələdə statistikadan daha önəmlisi qalib gəlmək və demək olar ki, dünya çempionatına çıxmağımızı təmin etməkdir. Bunun üçün mübarizə aparmalı və işi düzgün görməliyik”.
Hakim
Gürcüstan və İspaniya yığmaları arasındakı oyunu fransız hakimlər briqadası idarə edəcək. Baş hakim Benoa Bastien olacaq, köməkçiləri isə Hişam Zakrani və Orelin Bertomu olacaq, dördüncü hakim isə Roman Lisorji olacaq. VAR otağında fransız Matyu Vernisi və belçikalı Nataniyel Verbomen işləyəcəklər.