Futbol | Tbilisi “İberia”sı “Larn”ı məğlub etdi və Avropa turnirinin əsas mərhələsində oynamaq hüququ qazandı #1TVSPORT

23:03, 11.08.2026

Tbilisi “İberia”sı Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Şimali İrlandiya təmsilçisi “Larn”ı 2:1 hesabı ilə məğlub etdi və Avropa turnirinin əsas mərhələsi olan Konfrans Liqasına vəsiqə qazandı.

Gürcüstan çempionu Şimali İrlandiya komandası ilə səfərdə 0:0 oynadı. Cavab matçı üçün komandanın start heyətinə, ilk oyunu zədə səbəbindən buraxan Vaxo Bedoşvili geri döndü. “Mixeil Mesxi” stadionuna gələn 17 minə yaxın azarkeş gərgin bir mübarizəyə şahid oldu.

“İberia” ehtiyatlı oynayır və müdafiəyə diqqət yetirirdi, lakin qol epizodları da yaradırdı və 74-cü dəqiqədə hesabı açdı. Qolu Vaxo Bedoşvili vurdu. Qonaqlar iki dəqiqə sonra Simpsonun zərbəsi ilə tarazlığı bərpa etdilər.

Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edildi və bu vaxt ərzində, 102-ci dəqiqədə Nika Sixarulaşvili Andria Bartişvilinin ötürməsindən istifadə edərək Gürcüstan çempionunu önə keçirdi.

Bu qələbə ilə “İberia” UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəldi və eyni zamanda Konfrans Liqasının əsas mərhələsində oynamaq hüququ qazandı. Gürcü komandası sonuncu dəfə UEFA klub turnirinin əsas mərhələsində 2004-cü ildə oynamışdı, o vaxt Tbilisi “Dinamo”su UEFA Kubokunun qrup mərhələsində mübarizə aparırdı.

Avropa Liqasının pley-off mərhələsində “İberia”nın rəqibi Polşanın “Yaqellonia” və Şotlandianın “Reyncers” klubları arasındakı qarşıdurmanın qalibi olacaq.

Oxşar