Futbol matçı ilə əlaqədar noyabrın 15-də “Dinamo Arena”nın ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Futbol matçı ilə əlaqədar noyabrın 15-də “Dinamo Arena”nın ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Noyabrın 15-də Gürcüstan və İspaniya yığmaları arasında planlaşdırılmış futbol matçı səbəbindən “Dinamo Arena” ətrafında avtomobil və ictimai nəqliyyatın hərəkəti mərhələli şəkildə, qismən məhdudlaşdırılacaq.

Məhdudiyyət saat 10:00-dan 00:00-dək qüvvədə olacaq və bu müddət ərzində Qiorqi Tsabadze, Davit Ğipiani, Slava Metreveli küçələrində, həmçinin, Akaki Tsereteli prospektində hərəkət qadağan ediləcək.

Hərəkət Tevdore Mğvdeli, Abastumani, Mixeil Tsinamdzğvrişvili küçələri, Tamar Mepe prospekti, həmçinin Arçil Kurdiani, Şota İamanidze və Murman Lebanidze küçələri ilə mümkün olacaq.

Bu müddət ərzində ictimai nəqliyyatın marşrutu da müvəqqəti olaraq dəyişdiriləcək. Xüsusilə, N384, N386, N311, N320, N315, N327, N306, N308 və N381 nömrəli avtobuslar Tsereteli prospektindən Kutaisi küçəsi istiqamətində hərəkət edəcəklər, bundan sonra isə Vaxuşti Baqrationi körpüsü, Saakadze meydanı, Konstantin Qamsaxurdia prospekti, Qiorqi Mirotadze küçəsi, Pekini prospekti vasitəsilə yenidən Konstantine Qamsaxurdia prospektinə çıxaraq Qəhrəmanlar meydanına qoşulacaqlar. Qəhrəmanlar Meydanından 320, 327, 386, 381, 315 və 384 nömrəli avtobuslar sərnişinlərə müəyyən olunmuş marşrut üzrə, Tamar Mepe prospekti vasitəsilə xidmət göstərəcək, 306, 308 və 311 nömrəli avtobuslar isə mövcud sxem üzrə Varazisxevi vasitəsilə hərəkət edəcək.

Mikroavtobuslara gəlincə: N541, N551, N536 və N431 Tsereteli prospektindən Kutaisi küçəsi istiqamətində hərəkət edəcək və Saakadze meydanına qoşulacaq, buradan N541 Qiorqi Mirotadze küçəsi ilə Konstantine Qamsaxurdia prospektinə çıxacaq və Qəhrəmanlar meydanından müəyyən olunmuş sxem üzrə hərəkət edəcək. N551 Qiorqi Mirotadze küçəsindən Pekini prospektinə qoşulacaq və müəyyən edilmiş sxem üzrə hərəkət edəcək; N536 Qiorqi Mirotadze küçəsi ilə Gamsaxurdia prospektinə çıxacaq, bundan sonra Qəhrəmanlar meydanından Tamar Mepe prospektinə hərəkət edəcək və müəyyən edilmiş sxem üzrə hərəkət edəcək; N431 Saakadze meydanından Şartava küçəsi ilə hərəkət edəcək və oradan artıq müəyyən edilmiş marşrutdan istifadə edəcək.

Sözügedən ictimai nəqliyyat geri dönərkən oxşar marşrutlarla Tsereteli prospektinə qoşulacaq.

476 nömrəli mikroavtobus Jiuli Şartava küçəsindən Saakadze meydanı və Giorgi Mirotadze küçəsinin vasitəsilə Pekin və Konstantine Qamsaxurdia prospektlərinə qoşulacaq və Tamar Mepe prospektindən müəyyən olunmuş sxem üzrə hərəkət edəcək. Sözügedən mikroavtobus əks istiqamətdə isə oxşar marşrutdan istifadə edəcək; N504 isə hərəkətini “Tsereteli” metro stansiyasında başa vuracaq, N538 isə Vağzal meydanı istiqamətində hərəkət edərkən, Kür çayının sol sahilindən istifadə etməklə, Qeneral Kvinitadze küçəsinə, Tamar Mepe prospektinə qoşulacaq və sonra müəyyən olunmuş sxem üzrə hərəkətini davam etdirəcək.

Əks istiqamətdə, N538 Tamar Mepe prospektindən Mtkvari çayının sol sahilinə qoşulacaq və “Didube” metrostansiyasına hərəkətini müəyyən edilmiş sxem üzrə davam etdirəcək.

Məlumatı Tbilisi meriyası yayır.