Fridrix Mertsin bəyanatına görə Almaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
İranda bildirirlər ki, Almaniyanın səfiri kansler Fridrix Mertsin “mənasız” açıqlamalarına görə çağırılıb.
İranın dövlət xəbər agentliyi “İRNA”nın məlumatına görə, Almaniya səfiri Aksel Dittmann İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru Əlirza Yusefi Fridrix Mertsin bəyanatlarını tənqid edir və bunu “İranın daxili işlərinə məsuliyyətsiz müdaxilə” adlandırır.
Əlirza Yusefi bildirib ki, Almaniya kanslerinin iranlılara insan hüquqları mövzusunda mühazirə oxumağa mənəvi haqqı yoxdur.
Məlumat üçün bildirək ki, yanvarın ortalarında İranda davam edən hökumət əleyhinə aksiyalar fonunda Almaniya kansleri Fridrix Merts bunların İran rejiminin son günləri olduğunu bildirib.
“Məncə, indi İran rejiminin son günlərini və həftələrini görürük”, – deyə Fridrix Merys bildirib.