Fridrix Merts Ukraynaya "Taurus" tipli raketlərin verilməsini istisna etmir
Fridrix Merts Ukraynaya “Taurus” tipli raketlərin verilməsini istisna etmir.
“Əlbəttə ki, bu, ehtimallar çərçivəsindədir”, – Merts Almaniya televiziyasına müsahibəsində bildirib.
Bununla yanaşı, Almaniya kansleri qeyd edib ki, bunun üçün ukraynalı əsgərlərin bir neçə aylıq təlimə ehtiyacı var.
“Biz hər zaman demişik, mən özüm də demişəm ki, “Taurus” üçün Ukraynada əsgərlərin bir neçə aylıq hazırlığı tələb olunur”, – Merts bildirib.
Bununla yanaşı, Almaniya kanslerinin sözlərinə görə, “Taurus” tipli raketlərin yarım il və ya bir il sonra Ukraynaya verilməsi bu gün Ukraynaya fayda gətirməyəcək. Moskva əleyhinə növbəti sanksiyalarla bağlı Merts bildirib: “Hüquqi cəhətdən təhlükəsiz əsasla edilə biləcək hər şey mümkündür”.