Fridrix Merts - Tehran rəhbərliyinin öz xalqına qarşı tətbiq etdiyi zorakılığı qətiyyətlə pisləyirik, zorakılıq zəiflik əlamətidir və buna son qoyulmalıdır
İran hökumətinin etirazçılara qarşı zorakılığı zəifliyin əlamətidir. Bu barədə Fridrix Merts Hindistanın Baş naziri Narendra Modi ilə görüşü zamanı bildirib.
“İran hökumətini təhdid etmək əvəzinə vətəndaşlarını qorumağa çağırıram. Tehran rəhbərliyinin öz xalqına qarşı zorakılığını ən sərt şəkildə pisləyirik. Zorakılıq gücün deyil, zəifliyin əlamətidir. Zorakılığa son qoyulmalıdır”, – Merts qeyd edib.
Fridrix Merts həmçinin bildirib ki, son iki həftə ərzində İranın küçələrinə çıxan insanların sayı getdikcə artır və onlar dinc şəkildə azadlıq və daha yaxşı həyat tələb edirlər.
“Bu insanlar İran təhlükəsizlik qüvvələrinin qeyri-mütənasib və qəddar zorakılığına qarşı göstərdikləri cəsarətə görə ən yüksək hörmətə layiqdirlər”, – deyə Almaniya kansleri bildirib.