Fridrix Merts - Rusiya Tramp və Putin arasında görüş zamanı Ukraynada atəşkəsə razı olmalıdır
Fridrix Merts - Rusiya Tramp və Putin arasında görüş zamanı Ukraynada atəşkəsə razı olmalıdır

Rusiya Alyaskada Donald Tramp və Vladimir Putinin görüşü zamanı Ukraynada atəşkəsə razı olmalıdır, – bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.

Merts Tramp-Putin görüşünün sülh üçün fürsət yaratdığını qeyd edib və Rusiya prezidentini atəşkəs üçün bütün ilkin şərtlərdən imtina etməyə və Volodimir Zelenski ilə görüşməyə çağırıb.

“Bu görüşün məqsədi prezident Zelenskinin də iştirak edəcəyi görüş olmalıdır. Atəşkəs razılaşması orada əldə edilməlidir. Ukraynaya güclü təhlükəsizlik zəmanətləri lazımdır. Ərazi məsələləri yalnız ukraynalıların razılığı ilə həll oluna bilər. Prezident Tramp indi sülhə doğru mühüm addım ata bilər. O, bu təşəbbüsə və son bir neçə gündə sıx koordinasiyaya görə təşəkkürə layiqdir”, – Merts yazır.

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş bu gün Alyaska ştatının Ankoric şəhərində yerli vaxtla saat 11:00-da keçiriləcək.