Fridrix Merts - Putinin imperialist planı Ukraynanın işğalı ilə bitməyəcək, bu yalnız yalnız başlanğıc olacaq
Rusiya Prezidenti Vladimir Putinin imperialist planı Ukraynanın işğalı ilə bitməyəcək, bu sadəcə başlanğıc olacaq, – bu barədə Almaniya kansleri Fridrix Merts Almaniya Xarici İşlər Nazirliyində səfirlərin konfransında çıxışı zamanı bildirib.
Almaniya kansleri həmçinin qeyd edib ki, Rusiya Avropanı zəiflətmək üçün əlindən gələni edir.
“Biz hər gün, getdikcə daha güclü intensivliklə rus hibrid hücumları ilə qarşılaşırıq, bunların arasında infrastrukturumuza yönələnlər də var. Moskvanın təxribatları Şimal və Baltik dənizlərində davam edir”, – Fridrix Merts səfirlərin konfransında bildirib.