Fridrix Merts - Kreml davamlı atəşkəslə razılaşmasa, Almaniya Rusiyanın müharibə maşınına təzyiqi artıracaq
Kreml davamlı atəşkəslə razılaşmasa, Almaniya Rusiyanın müharibə maşınına təzyiqi artıracaq, – bu barədə Almaniya kansleri Fridrix Merts sosial şəbəkədə yazır.
Mertsin dediyinə görə, Almaniya, Fransa, Polşa və Böyük Britaniya Ukraynanı dəstəkləmək üçün Kiyevdə bir yerdə dayanıblar.
“Biz prezident Trampın sülh razılaşması tələbini dəstəkləyirik. Biz Rusiyanı davamlı sülhə nail olmaq səylərinə mane olmamağa çağırırıq. ABŞ-la birlikdə biz Rusiyanı ədalətli və davamlı sülhə dair danışıqlara məkan yaratmaq üçün tam və qeyd-şərtsiz 30 günlük atəşkəsə razılaşmağa çağırırıq. Bizim üçün aydındır ki, qan tökülməsinə son qoyulmalıdır. Rusiya qeyri-qanuni hücum müharibəsinə son qoymalı və Ukraynanın gələcək nəsillər üçün beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suveren dövlət kimi inkişaf etməsinə icazə verilməlidir”, – Merts sosial şəbəkədə yazır.