Fridrix Merts hesab edir ki, ABŞ “Rosneft”in Almaniya bölməsini sanksiyalardan azad edəcək
Almaniya kansleri Fridrix Merz hesab edir ki, ABŞ “Rosneft”in Almaniya bölməsini sanksiyalardan azad edəcək.
Onun dediyinə görə, bu məsələ amerikalılarla müzakirə olunur.
“Biz bu məsələni amerikalılarla müzakirə edirik. Hesab edirəm ki, “Rosneft” sanksiyalardan azad ediləcək”, – Merts Brüsseldə Avropa İttifaqı sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Rosneft”-in Almaniya biznesini Almaniya hakimiyyəti idarə edir, amma o, Rusiyaya məxsusdur.
Xatırladaq ki, dünən ABŞ-ın Maliyyə Departamenti Rusiyanın iki ən böyük neft şirkəti olan “Rosneft” və “Lukoil”ə sanksiyalar tətbiq edib. Yeni sanksiyaların məqsədi Rusiyanın enerji sektoruna təzyiqi artırmaq və Kremlə müharibəni davam etdirmək üçün gəlir əldə etmək imkanlarını məhdudlaşdırmaqdır.