Fridrix Merts - Əgər ehtiyac yaranarsa və bu, müharibənin bitməsinə kömək edərsə, mən Vladimir Putinlə görüşməyə hazıram
Fridrix Merts - Əgər ehtiyac yaranarsa və bu, müharibənin bitməsinə kömək edərsə, mən Vladimir Putinlə görüşməyə hazıram

Almaniya kansleri Fridrix Merts bu görüşün müharibənin bitməsinə kömək edəcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirib.

Almaniya kansleri bunə barədə “Bild”ə müsahibəsində bildirib.

“Əgər ehtiyac yaranarsa və bu, müharibənin bitməsinə kömək edərsə, mən çox şeyə hazıram”, – Almaniyanın yeni kansleri bildirib.

Hərçənd, Fridrix Mertsin dediyinə görə, əvvəlcə Ukraynada atəşkəsə diqqət yetirilməlidir.

“Bu həftə sonu danışıqlarda atəşkəs əldə etmək məqsədinə nail olub-olmayacağımızı görməliyik”, – Almaniya kansleri bildirib.