Fridrix Merts Donald Trampı Rusiyaya yönəlik nüfuzundan istifadə etməyə çağırır
Fridrix Merts Donald Trampı Rusiyaya yönəlik nüfuzundan istifadə etməyə çağırır

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampı Yaxın Şərqdə olduğu kimi Rusiyada da nüfuzundan istifadə etməyə çağırır.

Merz bu barədə sülh sammitinin başlanmasından əvvəl Misirə səfəri zamanı bildirib.

Kanslerin dediyinə görə, o, bu gün Donald Trampla Ukraynadakı müharibəyə son qoymaq üçün birgə nə edilə biləcəyi barədə danışmağı planlaşdırır.

“Biz ümid edirik ki, ABŞ prezidenti bizə qoşulacaq və Rusiya hökumətinə bu bölgədə iştirak edən tərəflərə olduğu kimi təsir göstərəcək, çünki unutmamalıyıq ki, buradan cəmi bir neçə saatlıq uçuşla Rusiya 3,5 ildir Ukraynaya qarşı müharibə aparır. Bu gün fürsətdən istifadə edib ABŞ prezidenti ilə bu müharibəni bitirmək üçün birlikdə nə edə biləcəyimizi bir daha danışmaq istəyirəm”, – Fridrix Merts bildirib.

Almaniya kanslerinin qeyd etdiyi kimi, Qəzzə üzrə sülh sazişi göstərir ki, beynəlxalq ictimaiyyətin səyləri birləşəndə hər şey mümkündür.

“Amma bu, təkcə burada deyil, dünyanın digər bölgələrində də mümkün olmalıdır. Biz avropalılar üçün bu müharibə bizim azadlığımıza ən böyük təhlükədir. Məhz buna görə də bu gün bu böyük görüş çərçivəsində həmçinin birlikdə bu müharibənin sona çatdırılmasına hansı töhfəni verə biləcəyimizi müzakirə edəcəyik. Mən bu faktı gizlətməyəcəyəm ki, biz həmçinin Amerika Birləşmiş Ştatlarının dəstəyini və bu dəstəyin davamını gözləyirik, necə ki bu, bu regionda da təsdiqləndi”, – Merts bildirib və qeyd edib ki, Almaniyaya böyük ümidlərlə qayıdacaq.