Fridrix Merts - Biz Ukraynanı atəşkəs yolunda yaxından dəstəkləyəcəyik, Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq
Fridrix Merts - Biz Ukraynanı atəşkəs yolunda yaxından dəstəkləyəcəyik, Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq

Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq, – bu barədə Almaniya kansleri Fridrix Merts sosial şəbəkədə yazır.

Onun dediyinə görə, Avropa və Amerika bu məsələdə çox həmrəydir.

“Biz atəşkəs yolunda Ukraynanı yaxından dəstəkləyəcəyik. Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq. Biz ABŞ prezidenti və Putinlə danışdıqdan sonra bu barədə razılığa gəldik”, – Almaniya kansleri Fridrix Merts yazır.

Bu gün ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Donald Tramp telefon danışığından sonra bildirib ki, “Rusiya və Ukrayna dərhal atəşkəs və müharibənin dayandırılması ilə bağlı danışıqlara başlayacaq”.

Vladimir Putin “Rusiyanın Kiyevlə gələcək sülh müqaviləsi memorandumu üzərində işləməyə hazır olduğunu” qeyd edib.