Fridrix Merts - Biz Ukrayna xalqının yanındayıq, güzəştə getmək sülh yaratmır, o yalnız təcavüzkara daha çox cəsarət verir
Fridrix Merts - Biz Ukrayna xalqının yanındayıq, güzəştə getmək sülh yaratmır, o yalnız təcavüzkara daha çox cəsarət verir

Almaniya kansleri Fridrix Merts bir daha Almaniyanın Ukraynaya güclü və qeyd-şərtsiz dəstəyini təsdiqləyib. Almaniya kansleri Fridrix Merts Xristian Demokrat İttifaqının qurultayında bildirib.

“Biz Ukrayna xalqının yanındayıq, heç bir “amma” və ya “bəlkə” cavabı olmadan. Biz cinayətkar Rusiya rejiminin bu ölkənin xalqına, yaşlılara, qadınlara və uşaqlara qarşı sistematik müharibə aparmasını heç vaxt qəbul etməyəcəyik”, – deyə kansler bildirib.

Onun dediyinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi dəyərlərin və qərarvermənin sınağıdır.

Merts xalqı tarixi dərsləri xatırlamağa çağırıb.

“Güzəştə getmək sülh yaratmır. O yalnız təcavüzkara daha çox cəsarət verir. Bu günkü sadəlövh pasifizm sabahkı müharibələri qidalandırır”, – deyə Merts qeyd edib.