Fridrix Merts bildirir ki, Almaniya bu mərhələdə konstitusiya səbəblərinə görə Donald Trampın "Sülh Şurasına" qoşula bilməz
Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampın “Sülh Şurası”nın hazırkı forması Berlinin rəsmi olaraq qoşulmasına mane olduğunu bildirir.
Mertsin söylədiyinə görə, bu qərar Almaniya üçün “konstitusiya səbəblərinə görə” qəbuledilməzdir.
“Biz, əlbəttə ki, ABŞ ilə digər formaları, yeni əməkdaşlıq formalarını nəzərdən keçirməyə hazırıq. Berlin Vaşinqtonla dünyanın müxtəlif regionlarında sülhün təmin olunmasına xidmət edəcək yeni formatların axtarışında əməkdaşlığa hazırdır. Mən istəmirəm ki, bu yalnız Qəzza sektoru və Yaxın Şərqlə məhdudlaşsın. Əlbəttə, bu, Ukraynanı da əhatə edə bilər”, – Merts bildirib.
Məlumat üçün bildirək ki, ABŞ Prezidentinin sədrliyi ilə “Sülh Şurası”nın yaradılması ilə bağlı razılaşma 22 yanvarda, cümə axşamı günü İsveçrənin Davos şəhərində imzalanıb.
Plana görə, Trampın “Sülh Şurası” Qəzzada sülhün təmin edilməsinə və onun yenidən qurulmasına yönələcək, lakin, sonradan qlobal münaqişələrin həllində daha geniş rol oynayacaq.