Fridrix Merts – Avropa üçün Rusiya ilə danışıqlarda onu kimin təmsil etməli olduğu məsələsinə kənar müdaxilə qəbuledilməzdir
Avropa üçün Rusiya ilə danışıqlarda onu kimin təmsil etməli olduğu məsələsinə kənar müdaxilə qəbuledilməzdir, – bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.
Onun sözlərinə görə, avropalılar onların adından kimin danışacağına özləri qərar verirlər və buna başqa heç kim müdaxilə edə bilməz.
Almaniya hökumətinin başçısı Rusiya Prezidenti Vladimir Putinin Avropa ilə danışıqlarda Almaniyanın sabiq kansleri Qerhard Şröderin vasitəçi ola biləcəyi barədə təklifinə münasibət bildirib.
Eyni zamanda, Fridrix Merts Avropanın Ukraynadakı müharibənin başa çatmasına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib və Rusiyanın bu cür danışıqlara faktiki olaraq hazır olduğunu qeyd edib.
“Ötən gecəki hücumlar bunun əksini göstərir”, Merts qeyd edib.