Fridrix Merts - Avropa İttifaqı və ABŞ Moskva sülh danışıqlarına ciddi yanaşmazsa, ona sanksiyalarla təzyiq göstərməyə davam etməyə hazırdır
Avropa İttifaqı və ABŞ Moskva sülh danışıqlarına ciddi yanaşmazsa, ona sanksiyalarla təzyiq göstərməyə davam etməyə hazırdır, – bu barədə Almaniya kansleri Fridrix Merts Brüsselə səfəri zamanı bildirib.
Fridrix Mertsin dediyinə görə, Avropa prezident Donald Trampın Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs barədə planını dəstəkləyir.
“Avropalı tərəfdaşlarımızla sıx həmrəy olaraq, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Biz onlara dəstək verəcəyik ki, onlar özlərini effektiv şəkildə müdafiə edə bilsinlər, həmçinin Rusiyaya daha çox təzyiq göstərməliyik. Biz Rusiyanı nəhayət həqiqi sülh danışıqları yoluna çıxmağa çağırırıq. Əgər bu baş verməzsə, biz avropalı tərəfdaşlarımız və ABŞ ilə birlikdə sanksiyalar vasitəsilə təzyiqi daha da artırmaqdan çəkinməyəcəyik”, – Fridrix Merts bildirib.