Fridrix Merts – ABŞ-da bəziləri Ukrayna müharibəsinin mümkün həllindən iqtisadi fayda əldə etmək istəyir, donmuş Rusiya aktivlərini Rusiya deyil, Ukrayna almalıdır

19:27, 05.12.2025

Almaniya kansleri Fridrix Mertsin bildirdiyinə görə, dondurulmuş Rusiya aktivlərini ABŞ deyil, Ukrayna almalıdır.

“Deutsche Welle”nin yazdığına görə, Almaniya kansleri Rusiyanın dondurulmuş aktivlərinin ABŞ-a köçürülməsi ideyasına qarşıdır. Medianın məlumatına görə, bu ideya ABŞ prezidenti Donald Trampın apardığı sülh danışıqları çərçivəsində müzakirə edilib.

“Bu pul Ukraynaya köçürülməlidir”, – Fridrix Merts deyib.

Onun dediyinə görə, yaxın iki-üç il ərzində qış mövsümündən çıxmaq üçün Ukraynanın köməyə və maliyyə dəstəyinə ehtiyacı olacaq.

“Bunun üçün bizə vəsait lazımdır. Bu, Avropanın daxili məsələsidir. Mən bu vəsaitləri ABŞ-a köçürmək üçün heç bir iqtisadi imkan görmürəm və Amerika hökuməti bunu bilir”, – Fridrix Merts qeyd edib.

Onun dediyinə görə, ABŞ-da bəziləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin mümkün həllindən “müəyyən iqtisadi fayda əldə etmək” istəyir.

“Bu, qanunidir, lakin yaxın günlərdə Avropada birlikdə başlayacağımız əməliyyatın məqsədi bu deyil”, – Almaniya kansleri qeyd edib.

Oxşar